Buna səbəb İsrailin Azərbaycandakı səfirliyinin mayın 18-də - Laçın rayonunun işğal günündə dostluq xiyabanının açılış mərasiminin planlaşdırılmasıdır
Qarabağ Azadlıq Təşkilatı Gənclər Şurası İsrailin Azərbaycandakı səfirliyinin mayın 18-də Laçının işğal günündə dostluq xiyabanının açılış mərasiminə etiraz edib. Bu gün keçirilən tədbirdə QAT GŞ-nın sədri Manaf Kərimov bildirib ki, İsrail səfirliyinin belə addımları Azərbaycan xalqına sayqızlıqdan irəli gəlir: «Diplomatik qurumun nümayəndələri deyir ki, açılışın həmin gündə qeyd olunması sırf təsadüfdür. İsrail səfirliyinin may ayında keçirdiyi bu cür tədbirlərin ikisi də torpaqlarımızın işğal günlərinə təsadüf edir. Məgər bizim faciəmiz günü İsrail səfirliyinin şadlıq mərasimləri qurması təsadüf hesab edilə bilərmi? Düşünmürəm ki, israilli diplomatlar belə səhv addım atsın. Parkın Laçının işğal günü açılması şəhidlərimizin ruhuna hörmətsizlikdir».
Tədbirdə iştirak edən Azərbaycan Gənclər Platformasının başçısı Nurəddin Babayevin sözlərinə görə, burada söhbət bir millətin digər millətin diplomatik korpusu tərəfindən təhqir olunmasından gedir. Tədbirin sonunda Müasir Diplomatlar Assosasiyası, Vətəndaş İnkişaf Partiyası Gənclər Təşkilatı və Azərbaycan Gənclər Platforması birlikdə bəyanat qəbul edib. Bəyanatda İsrailin Azərbaycandakı səfirliyin mayın 18-də Laçının işğal günündə dostluq xiyabanını açmaq cəhdi qətiyyətlə pislənir: «Diplomatik korpusun bu hərəkətinə aydınlıq gətirməsini tələb edirik. Bildiririk ki, İsrail səfirliyi Azərbaycan cəmiyyətinin mövqeyi ilə hesablaşmalı və tədbirin vaxtı dəyişməlidir», deyə bəyanatda bildirilir.
Gülnaz Qənbərli /ANS PRESS/
Dünən Gəncliyin Elmi Mədəni İnkişafı IB və Müasir Diplomatlar Assosiasiyası bir qrup gənclər və media nümayəndələrinin iştirakı ilə İsrailin yaranmasının 60 illiyi ilə və bundan irəli gələn məsələrlə əlaqədar dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə açan Sərdar Yusif oğlu İsrailin dünyada barış və sülhe qrşı olduğnu vurğuladı. O, həmçinin bu 60 ildə hər gun fələstində gunahsız insanların şəhid olmasını gənclərin diqqətinə çatdırdı. Tədbir zamanı İsrail rejminin qanlı cinayətlərini əks etdirən şəkil və slaydların nümayişi təşkil edilmişdi.
Bu danılmaz faktları gənclər ürək ağrısı ilə izlədilər. Həmçinin işğalçi rejimin Bakı şəhərində İsrail-Azərbaycan dostluq parkının açılışının Laçının işğal gününə təyin olunmasının tesadüf olmadığı qeyd edildi. Yığıncaqda İsrail dövlətinin 1948-ci il 12 may tarixində Fələstin xalqının qanı bahasına dövlət qurmasından, bu gün də Fələstində günahsız insan qanının axıdılmasına göz yumulması vurğulandı. Sonra söz tədbir iştirakçılarına verildi. “Yeni Şərq” Elmi Araşdırmalar
Mərkəzinin drektor müavini Vüsal Əliyevin fikrincə, İsrail-Azərbaycan parkının açılışının məhz vətənimizin torpaqlarının işğalı gününə salınması İsrailin Azərbaycan əhalisini qıcıqlandırması məqsədi güdür. Çıxış edən eyni zamanda Qüds və Qarabağ problemlərinin ümumi nöqtələrindən söz açdı. Əks tərəfin müsəlmanları sülhün əleyhinə olan, barbarlar kimi təqdim etdiklərini söylədi və belə hörmətsizliyə cavab olaraq müsəlmanları təmkinli olmağa, təxribatlara getməməyə çağırdı. Eyni zamanda V.Əliyev ölkə müsəlmanlarının oxşar problemlərə vahid mövqe bildirmələri üçün məşvərət şurası tipli birliyinyaradılması təklifini irəli sürdü.
Yığıncaqda vahid mərkəzləşmənin olmadığı, bəzi şəxslərin İslam dinini parçalayaraq, ucuz məzhəbçilik siyasatinin aparmağa cəhd göstərmələri fikirləri söylənildi. Nəticə etibarilə ilk növbədə daxilzdə olan məzhəbçilik ideologiyasını bir kənara qoyaraq, vahid fikir ətrafında birləşərək, İslam əleyhinə yönələn qüvvələrə qəti etiraz bildirilməsi təklifi irəli sürüldü. Tədbirdə iştirak edən QAT gənclər təşkilatının sədri Manaf bəy bu tipli tədbirlərin həftə boyunca muxtəlif təşkilatlarla keçrilməsini təklif etdi. Sonda belə tədbirlərin geniş miqyasda keçirilməsi planlaşdırıldı.